23 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Nağdsız valyuta bazarında aparılan əməliyyatların həcmi 14 faizədək artıb

2022-ci ildə nağdsız valyuta bazarında aparılan əməliyyatların həcmi 2021-ci ilə nəzərən 13,9 faiz artaraq 31,7 milyard ABŞ dolları ekvivalentində olub.

vergiler.az” Azərbaycan Mərkəzi Bankının 2022-ci il üzrə pul siyasəti icmalına istinadən xəbər verir ki, ötən il nağdsız valyuta əməliyyatlarının 83,4 faizi dollarda, 16,6 faizi isə digər valyutalarda aparılıb.

Valyuta əməliyyatlarının 28,6 faizi banklararası valyuta bazarında (BVB), 71,4 faizi isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.

Hesabat ilində BVB-də əməliyyatların həcmi 9,6 faiz artaraq 9 milyard dollar ekvivalentində olub. Bu seqmentdə əməliyyatların 99,1 faizi dollarla aparılıb.

BDVB-də valyuta əməliyyatlarının həcmi 22,6 milyard dollar ekvivalentində olub ki, bu da 2021-ci ilə nəzərən 15,8 faiz çoxdur. Əməliyyatların 77,1 faizini dollar ilə əməliyyatlar təşkil edib. BDVB-də valyuta əməliyyatlarının 93,2 faizi hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb.

Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılan əməliyyatların həcmi son bir ildə 27 faiz artaraq 5,1 milyard dollar ekvivalentində olub. Bunun 85,7 faizini dollarla aparılan əməliyyatlar təşkil edib. 2022-ci ilin aprel ayından başlayaraq ilin sonuna qədər xarici valyutanın alışının satışından yüksək olması hesabına xalis xarici valyuta satışı 2021-ci ilə nəzərən 5 dəfə azalıb.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?