15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Aksiz markalarının hazırlanması və tətbiqi qaydaları təsdiq edilib

Nazirlər Kabinetinin 14.02.2023-cü il tarixli 48 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların siyahısı, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi, aksiz markalarının və məcburi nişanlamanın hazırlanması üçün sifarişin verilməsi, onların tətbiqi, satışı və uçotunun aparılması Qaydaları” təsdiq edilib.

Məlum olduğu kimi, dövlət tərəfindən “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, sahibkarlıq subyektlərinin şəffaf şəkildə fəaliyyət göstərməsi, habelə qanunsuz sahibkarlıqla mübarizə tədbirləri davamlı və ardıcıl olaraq həyata keçirilir. Həyata keçirilən bu tədbirlər müasir dövrdə informasiya texnologiyalarının aktiv şəkildə tətbiqini zəruri edir.

Bu məqsədlə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat “Track and Trace” (“Təqib və İzləmə”) sistemi yaradılıb və tətbiqin bu sistem vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur.

Belə ki, Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat “Track and Trace” (“Təqib və İzləmə”) sisteminin tətbiqi istehsaldan və idxaldan son istehlakçıyadək olan bütün dəyər zənciri üzrə aksiz markası ilə markalanmalı malların dövriyyəsinə nəzarəti həyata keçirməyə imkan verir ki, bu da öz növbəsində “kölgə iqtisadiyyatı”nın aradan qaldırılmasında, aksizli malların və aksiz markalarının saxtalaşdırılmasının qarşısının alınması ilə yanaşı, istehlakçıların hüquqlarının qorunmasında da mühüm rola malikdir.

“Təqib və İzləmə” Sistemi dünyanın bir çox ölkələrində müəssisə və təşkilatlar üçün strateji prioritetə çevrilib. Belə ki, qeyd edilən Sistem təchizat zəncirlərinin təhlükəsizliyini və etibarlılığını yüksəldən həlləri işləyib hazırlamağa, rəqabətə davamlı mövqedə qalmağa imkan verir.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?