9 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Startaplar: Dünyaya çıxış imkanları”

Yerli startapların Dünya Biznes Mələkləri İnvestisiya Forumunun (WBAF) sədri Baybars Altuntaşla görüşü təşkil olunub. Qeyd edək ki, WBAF sıralarında dünyanın 132 ölkəsindən 1400-dən çox “mələk investor”u birləşdirir və 10 ölkədə ofisi fəaliyyət göstərir. WBAF ilə görüşün məqsədi yerli startapları “mələk investor”larla əlaqələndirmək və onları xarici bazarlara çıxış imkanları barədə məlumatlandırmaqdır.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Bakı KOB evi”ndə təşkil edilmiş “Startaplar: Dünyaya çıxış imkanları” mövzusunda tədbirə 80-ə yaxın startap qatılıb.

Tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə innovativ sahibkarlığın inkişafına dəstək məqsədilə KOBİA-nın startap, mikro və kiçik sahibkarlara göstərdiyi müxtəlif dəstək və xidmətlər barədə məlumat verib. Qeyd olunub ki, Agentlik tərəfindən rəqəmsal iqtisadiyyatın əsas komponentləri olan elektron ticarət, elektron idarəetmə, elektron ödəniş, nəqliyyat-logistika, elektron kənd təsərrüfatı, biznes üçün rəqəmsal həllər üzrə startaplara qrant və “Startap” şəhadətnaməsi verilib. Startaplar üçün “Bakı KOB evi”ndə Startap İnkişaf Mərkəzi fəaliyyət göstərir, Agentliyin KOB inkişaf mərkəzləri tərəfindən innovativ biznesə dair müxtəlif təlimlər keçirilir, tədbirlər təşkil olunur.

Dünya Biznes Mələkləri İnvestisiya Forumunun (WBAF) sədri Baybars Altuntaş WBAF-ın startapların xarici bazarlara çıxışına dair təcrübəsini bölüşüb, bu sahədə imkanlara və startap layihələrinin maliyyələşdirilməsi üçün “mələk investor”ların tələblərinə dair təqdimatla çıxış edib, startapların suallarını cavablandırıb.

KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov isə yerli startaplar üçün ölkəmizdə mövcud olan dövlət dəstəyi mexanizmləri barədə ətraflı məlumat verib.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?