14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Milli hava məkanı strategiyası hazırlanır

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) və “Azərbaycan Hava Yolları” QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) Azərbaycanın milli hava məkanı strategiyasının (National Airspace Strategy - NAS) hazırlanması və həyata keçirilməsi üzrə birgə işə başlayıb.

vergiler.az” AZAL-ın məlumatına istinadən xəbər verir ki, bununla əlaqədar, Azərbaycanın aeronaviqasiya xidmətləri təminatçısı AZANS və IATA aviasiya sahəsində bütün müvafiq əlaqədar tərəflərlə, o cümlədən dövlət və digər tənzimləyici orqanlarla birgə işləyəcək.

Beləliklə, aviasərnişinlərə bir sıra üstünlüklərin təmin edilməsinə yönəldilən bu təşəbbüs çərçivəsində iki təşkilat arasında artıq mövcud olan uzunmüddətli əməkdaşlıq gücləndiriləcək.

Eyni zamanda, birgə fəaliyyət Azərbaycanın milli iqtisadiyyatının inkişafına və aviasiya sektorunun rəqabətqabiliyyətliliyinə dəstək olacaq. Bu əməkdaşlıq hava nəqliyyatının dayanıqlı inkişafının qlobal məqsədlərinə nail olmağa kömək edəcək.

IATA-nın proqnozlarına əsasən, növbəti iyirmi il ərzində Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımalarına tələbatın 80 faiz artacağı gözlənilir. Bununla əlaqədar, hava hərəkətinin həcmi də eyni templə artacaq. Məsələn, artıq bu gün Azərbaycanın hava məkanında tranzit trafikin artımının yüksək dinamikası müşahidə olunur.

Uçuşların təhlükəsizliyinin təmin edilməsi, xərclərin idarə edilməsi, CO2 emissiyalarının və məsrəflərin azaldılması ilə yanaşı, hava daşımalarına artan tələbatın ödənilməsi Azərbaycanda hava məkanının strukturunun və hava hərəkətini idarəetmə (HHİ) sisteminin daha da müasirləşdirilməsini tələb edir.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?