4 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Elektrik enerjisinin istehsalı artıb

Bu ilin yanvar ayında ölkə üzrə elektrik enerjisinin istehsalı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 199,8 mln. kVt·st və ya 7,8 faiz artaraq 2 759,8 mln. kVt·st olub.

Energetika Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, hesabat dövründə ötən ilin yanvar ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 210,1 mln. kVt·st artaraq 2 664,7 mln. kVt·st, SES-lərdə 13,5 mln. kVt·st azalaraq 67,2 mln. kVt·st təşkil edib.

Bu dövrdə digər mənbələr (KES, GES və BMTZ) üzrə elektrik enerjisinin istehsalı 27,96 mln. kVt·st olub.

Ay ərzində külək elektrik stansiyalarında 4,68 mln. kVt·st, günəş elektrik stansiyalarında 3,93 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 19,35 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

2023-cü ilin yanvar ayında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 2 523,5 mln. kVt·st (İES-lərdə 2 460,0 mln. kVt·st, SES-lərdə 63,5 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 28,85 mln. kV·st (İES-lərdə 21,98 mln. kVt·st, SES-lərdə 3,24 mln. kVt·st, Günəş ES-də 3,63 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 3,9 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə 203,6 mln. kVt·st təşkil edib.

Ötən ay ərzində elektrik enerjisinin idxalı 10,8 mln. kVt·st, ixracı isə 512,6 mln. kVt·st olub.

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması