9 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Çen Xuacye: "Yeni elektrik stansiyası regionda yüksəkkeyfiyyətli layihələrdən birinə çevriləcək"

"Tikiləcək yeni elektrik stansiyası DEC-nin Qafqaz bölgəsində həyata keçirdiyi ən böyük enerji layihəsi olduğundan bütün şirkətimiz bu məsələyə çox böyük əhəmiyyət verir". Bunu Çinin “Dongfang” şirkətinin baş direktoru Çen Xuacye Mingəçevir şəhərində İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində deyib.

“Dizayn, istehsal, quraşdırma və istismara nəzarət xidmətlərində mükəmməlliyə nail olmaq üçün səylərimizi əsirgəməyəcəyik, həmçinin avadanlıq təchizatının və göstəricilərin vaxtında yüksək keyfiyyətlə tamamlanmasını təmin etmək üçün bütün gücümüzdən istifadə edəcəyik. DEC çətinliklərin öhdəsindən gələcək, uğurlu enerji istehsalına nail olmaq, müasir və səmərəli elektrik stansiyası tikmək üçün tam dəstəyini göstərəcək. Biz etimadı doğruldacağıq və Azərbaycan xalqının gələcəyinə öz töhfəmizi verəcəyik”, - deyə Çen Xuacye qeyd edib.

“Dongfang” şirkətinin baş direktoru əmin olduğunu bildirib ki, yeni elektrik stansiyası nümunəvi elektrik stansiyası kimi xidmət edəcək və regionda yüksəkkeyfiyyətli layihələrdən birinə çevriləcək.

AZƏRTAC

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?