14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Nağdsız əməliyyatların həcmi son 5 ildə 14,1 dəfə artıb

“Nağdsız Azərbaycan” məqsədi ilə aparılan işlər nəticəsində ölkədəki nağdsız əməliyyatların həcmi olduqca sürətlə artaraq iqtisadiyyatın şəffaflaşmasına öz müsbət təsirini göstərib. Bunu “vergiler.az”a Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, ödəniş kartları ilə ölkə daxilində aparılan nağdsız əməliyyatların həcmi son 5 ildə 14,1 dəfə, yalnız ötən bir il ərzində isə 2,2 dəfə artaraq 24,2 milyard manata çatıb. 2017-ci ildə ödəniş kartları ilə ölkə daxilində aparılan əməliyyatların həcmində nağdsız ödənişin payı 12,5 faiz təşkil edirdisə, 2022-ci ilə qədər bu nisbət 30,7 faiz bəndi artaraq 43,2 faizə yüksəlib. Yalnız 2022-ci ildə bu göstərici 11,8 faiz bəndi artıb.

Z.Nuriyev əlavə edib ki, bu istiqamətdə birgə görülən işlər, o cümlədən “ƏDV geri al” layihəsi, banklar tərəfindən təklif edilən “keşbek” kampaniyaları və bu kimi digər addımların əhalinin ödəniş vərdişlərində yaratdığı dəyişikliklər sahibkarlıq subyektlərinin buna uyğunlaşmasına və dövriyyələrini “ağartmalarına” səbəb olub.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?