14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupunun növbəti iclası keçirilib

Almaniyanın paytaxtı Berlində Azərbaycan-Almaniya Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qrupunun 9-cu iclası keçirilib. İclasa Azərbaycan tərəfdən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Almaniya tərəfindən isə Federal İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinin ticarət üzrə direktoru Dominik Şnixels həmsədrlik edib.

Tədbirdə Azərbaycan və Almaniya arasında iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi, ölkəmizdə yaradılan sənaye parklarında, Ələt Azad İqtisadi Zonasında Almaniya şirkətlərinin iştirakı imkanları, alternativ enerji, nəqliyyat sahəsində əməkdaşlığın inkişafı, təcrübə mübadiləsininin genişləndirilməsi barədə müzakirə aparılıb.

İclasda qlobal iqtisadiyyatın çətin sınaqlardan keçdiyi şəraitdə Azərbaycan iqtisadiyyatının davamlı inkişafı istiqamətində həyata keçirilən struktur və institusional islahatlar, 2030-cu ilədək hədəflər barədə məlumat verilib, görülən işlərin ölkəmizin investisiya cəlbediciliyini artırdığı diqqətə çatdırılıb. Vurğulanıb ki, Azərbaycan və Almaniya arasında ticarət, investisiya, sahibkarlıq, nəqliyyat, sənaye, insan resursları sahəsində əlaqələrin möhkəmlənməsi və yeni istiqamətlərdə tərəfdaşlıqların qurulması üçün böyük potensial var. İclasda işğaldan azad olunmuş Azərbaycan ərazilərində biznes imkanları da diqqətə çatdırılıb, Almaniya şirkətləri infrastruktur və investisiya layihələrində iştiraka dəvət olunub.

Federal İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinin ticarət üzrə direktoru Dominik Şnixels Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupunun 9-cu iclası çərçivəsində müzakirə edilən məsələlərin ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olacağını qeyd edib, iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikirlərini bölüşüb.

Almaniyaya səfər çərçivəsində Berlində Almaniya-Azərbaycan "Menecerlərin ixtisasının artırılması" proqramının Müşahidə Şurasının 3-cü iclası keçirilib, proqram çərçivəsində görülən işlər barədə fikir mübadiləsi aparılıb. İclasda 2009-cu ildən uğurla həyata keçirilən Almaniya-Azərbaycan "Menecerlərin ixtisasının artırılması" proqramının Azərbaycan sahibkarlarına inkişaf üçün əlavə imkanlar açdığı vurğulanaraq, 500-dən çox sahibkar və menecerin proqramdan yararlandığı diqqətə çatdırılıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti "Adlershof" Texnologiya Parkı ilə tanış olub.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?