3 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi azadolmaları xarici investisiyaların cəlbinə yardım edəcək

"Azad edilmiş ərazilərimizin bərpasına yönələn vergi azadolmaları, güzəştlər həmin ərazilərdə biznes mühitinin gücləndirilməsinə və inkişafına, ümumiyyətlə, Azərbaycanın regiondakı biznes rəqabət qabiliyyətinə təkan verəcək və xarici investisiyaların cəlbinə yardım edəcək".

vergiler.az” xəbər verir ki, bunu AMCHAM-ın prezidenti Nərgiz Nəsrullayeva-Müdüroğlu “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilən islahatlar, layihələr rəğbətlə qarşılanır: “Son dövrlərdə Vergi Məcəlləsinə edilən əlavə və dəyişikliklər nəticəsində vergi güzəştləri və azadolmaların sayı artıb. Belə mütərəqqi islahatlardan biri də azad edilmiş ərazilərdə fəaliyyət göstərəcək sahibkarlar üçün tətbiq ediləcək güzəştlərdir. AMCHAM olaraq, Azərbaycana birbaşa xarici investisiyaların cəlbi üçün bir sıra tədbirlər həyata keçiririk”.

N.Nəsrullayeva-Müdüroğlu əlavə edib ki, vergi sistemində əhəmiyyətli kadr islahatları aparılıb, effektiv elektronlaşdırma sayəsində vətəndaş-məmur təması minimuma endirilib, nağdsız ödənişlərin sayı artıb.

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ