14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yeni xidmətlərin tətbiqi könüllü əməletmə səviyyəsinin yüksəldilməsinə xidmət edəcək

“İnternet Vergi İdarəsinin yeni e-portal layihəsi çərçivəsində bəzi yeni xidmətlərin tətbiqi planlaşdırılır ki, bu da vergi ödəyiciləri üçün böyük fayda gətirəcək, könüllü əməletmə səviyyəsinin yüksəldilməsinə xidmət edəcək”.

vergiler.az” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda İnternet Vergi İdarəsinin yeni e-portal layihəsi üzərində işlər davam edir. Bu portal müasir standartlara cavab verən, vergi ödəyicisi üçün daha sadə, əlçatan yeni elektron kabinetin (internet portalının) yaradılmasını nəzərdə tutur. Bununla yanaşı, vergi ödəyiciləri üçün elektron kabinetin mobil tətbiqi üzərində də iş gedir. Bu, vergi ödəyicilərinin bir sıra əməliyyatlarının mobil tətbiq üzərindən sadə şəkildə icrasının təmin edilməsinə, İnternet Vergi İdarəsinin imkanlarından daha rahat istifadəyə nail olunmasına, vergi, sosial sığorta və icbari tibbi sığorta ilə bağlı öhdəliklərin vaxtında icra edilməsinə imkan verəcək.

Ötən il ərzində vergi qanunvericiliyində, o cümlədən ilin sonunda Vergi Məcəlləsində əhəmiyyətli dəyişikliklərin qəbul edildiyini xatırladan O.Nəzərli qeyd edib ki, 2022-ci ildə sahibkarlıq assosiasiyaları, sahibkarların ictimai birlikləri ilə əlaqələrin genişləndirilməsi istiqamətində intensiv iş aparılıb. Həm qanunvericilikdə olan son dəyişikliklər, həm də perspektiv dəyişikliklər sahibkarların ictimai birlikləri, sahibkarları təmsil edən assosiasiyalarla müzakirə olunur: “Vergi inzibatçılığının yaxşılaşdırılması, iqtisadi sistemin yeni çağırışlarına uyğun olaraq rəqəmsal platformaların təkmilləşdirilməsi istiqamətində tədbirlər ötən il davam etdirilib. Xidmət keyfiyyətinin və vergi ödəyicilərinin rahatlığının yüksəldilməsi üçün interaktiv xidmətlərin inkişafı, kağız iş axınının azaldılması və təmassız xidmət əsas prioritet tendensiyalardır. Bildiyiniz kimi, ölkəmizdə həyata keçirilən “Əlverişli Biznes Mühiti” layihəsinin 2 mühüm indikatoru – “Biznesə başlama” və “Vergitutma” indikatorları üzrə işçi qruplarına Dövlət Vergi Xidməti rəhbərlik edir. Ötən il hər iki işçi qrup digər dövlət strukturları ilə birgə sözügedən sahələrdə təkmilləşdirmə prosesi üzrə intensiv fəaliyyətə başlayıb. Yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin reallaşdırılması 2023-cü ildə bu sahədə ciddi yeniliklərə gətirəcək”.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?