27 İyul 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ötən il qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının nominal artım tempi 27,9 faiz olub

“Əldə olunan fiskal nəticələrdə, iqtisadi artımla yanaşı, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması kontekstində atılan addımların da böyük rolu olub”.

vergiler.az” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2018-ci ilə, yəni vergi sistemində “yeni keyfiyyət başlanğıcı” adlandıra biləcəyimiz dövrün əvvəlinə qayıtsaq, son 5 ildə istər vergi sistemində, istərsə də biznes-dövlət münasibətlərində və biznesin fəaliyyəti kontekstində böyük dəyişiklikləri müşahidə edə bilərik. Son illərdə qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının dinamik artımında və vergitutma bazasının genişlənməsində “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması və şəffaflaşma ən mühüm amil olub.

O.Nəzərli qeyd edib ki, 2022-ci ildə qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının nominal artım tempi 27,9 faiz olub. Bu, həmin sektorda vergi yığımı bazasını təşkil edən ÜDM-in nominal artım tempini, yəni 21,6 faizlik artımı üstələyir. Beləliklə, məhz şəffaflaşma amili bu nəticələrin əldə olunmasına gətirib çıxarıb.

2022-ci ildə əvvəlki illə müqayisədə qeyri-neft sektoru üzrə dövriyyənin 22,6 faiz, ƏDV üzrə dövriyyənin 21,7 faiz, elektron qaimə-faktura üzrə dövriyyənin həcminin isə 26 faiz artması bu sektorda şəffaflaşmanı ifadə edən daha bir indikatordur.

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiMəcburi dövlət sosial sığorta haqları üzrə borcların silinməsi VergiSadələşdirilmiş verginin ödəyicilərinə vergi güzəşti VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiTorpaqların barteri zamanı tərəflərin ödəyəcəyi vergi məbləğinin hesablanması VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiTəsisçiyə olan borc məbləğlərinin qaytarılması qaydası VergiMal mübadiləsi zamanı vergitutma VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiQeyri-kommersiya təşkilatlarının qeydiyyatı necə aparılır?