11 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Dövlət Xidməti uyğunluğu qiymətləndirən qurumların fəaliyyətinə nəzarəti gücləndirib

Dövlət Xidməti uyğunluğu qiymətləndirən qurumların fəaliyyətinə nəzarəti gücləndirib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölçmə vasitələrinin yoxlanılması, kalibrlənməsi, habelə sertifikatlaşdırma fəaliyyəti ilə məşğul olan uyğunluğu qiymətləndirən akkreditasiya edilmiş müstəqil qurumların fəaliyyətinə nəzarəti gücləndirib. Bu məqsədlə aparılan araşdırmalar zamanı müəyyən edilib ki, bu sahədə fəaliyyət göstərən bir sıra uyğunluğu qiymətləndirən qurumlar tərəfindən Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin onlara verdiyi icazələrdən (akkreditasiya attestatı) sui-istifadə edilərək sahibkarlıq subyektlərinə qanunsuz uyğunluq sertifikatları və yoxlama haqqında şəhadətnamələr təqdim edilib.

İstehlakçıların və sahibkarlıq subyektlərinin hüquq və mənafelərinin qorunması, habelə akkreditasiya haqqında qanunvericiliyin tələblərinin pozulmasının qarşısının alınması məqsədilə Dövlət Xidməti tərəfindən bu qurumlar barəsində protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib və qanun pozuntusuna yol vermiş qurumlara məhkəmə tərəfindən inzibati cərimələr tətbiq edilib.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiya haqqında qanunvericiliyin tələblərinə əməl etməyən 1 uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası ləğv edilib, 6 qurumun fəaliyyəti müvəqqəti dayandırılıb. Sahibkarlıq subyektlərinə təqdim edilmiş 131 uyğunluq sertifikatı və 5 yoxlama haqqında şəhadətnamənin ləğvi barədə göstəriş verilib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?