7 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“İSFA” MMC ting istehsalını 100 faizdən çox artırmağı planlaşdırır

“İSFA” MMC ting istehsalını 100 faizdən çox artırmağı planlaşdırır

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Yevlax Pilot Aqroparkın rezidenti “İSFA” MMC il ərzində ting istehsalını 100 faizdən çox artırmağı planlaşdırır.

Bunu “vergiler.az”a “İSFA” MMC-nin təsisçisi və direktoru Samir Xeyirbəyov deyib.

Onun sözlərinə görə, 2022-ci ildə 540 min ədəd ting istehsal edilib: “Alma və xurma tinglərini daxili bazarda satıb qurtarmışıq. Badam tinglərinin satışını da, demək olar ki, bitirmişik. Aprelə qədər mövsüm davam etdiyindən hər gün 500-1000 ting satırıq”.

S.Xeyirbəyov qeyd edib ki, bu il ümumilikdə 1 milyon 250 min ədəd tingin yetişdirilməsi proqnozlaşdırılır. Onun 1 milyon ədədinin açıq köklü ting formasında istehsalı nəzərdə tutulub. 245 min ədəd nektarin, badam, gilas, alça və ərik tingi isə, ilk dəfə olaraq, dibçəkdə əkilib: “Avropada bu təcrübədən uzun müddətdir istifadə edilir. Bu, fermerlərə istənilən zaman ting əkməyə imkan verir. Bağ salmaq istəyən sahibkar payızı, qışı gözləmədən hətta may-iyun ayında da ting əkə biləcək”.

Qeyd edək ki, Yevlax Pilot Aqroparkın ilk rezidenti kimi qeydiyyata alınmış “İSFA” MMC tərəfindən aqroparkın ərazisində meyvə bağları, tinglik salınıb və bu istiqamətdə işlər davam etdirilir. “İSFA” MMC ting ixrac edən ilk Azərbaycan şirkətidir.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?