12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Tibbi ölçü cihazları metroloji tələblərə uyğun olmalıdır

Mülkiyyət formasından asılı olmayaraq, səhiyyə sahəsində istifadə olunan tibbi ölçü cihazları istismara verilənədək və təmirdən sonra ilkin yoxlamadan, istismar prosesində isə dövri yoxlamadan keçirilməlidir. Məqsəd göstərilən səhiyyə xidmətləri zamanı tibb müəssisələrində xəstəliklərin diaqnostikasında istifadə olunan klinik-laborator, rentgen aparatları və s. kimi tibbi cihazların qeyri-dəqiq ölçmələrinin vətəndaşların həyat və sağlamlığına mənfi təsirinin qarşısını almaqdan ibarətdir.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tibb fəaliyyəti ilə məşğul olan dövlət və özəl subyektlərin nəzərinə çatdırır ki, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, tibb müəssisələrində tipi təsdiq edilmiş, üzərində yararlılığına dair yoxlama nişanı və ya yoxlama haqqında şəhadətnamə olan tibbi ölçü cihazlarından istifadəyə icazə verilir.

Qeyd edək ki, bu tələblərə əməl etməyən subyektlər barəsində qanunvericilikdə məsuliyyət tədbirləri nəzərdə tutulub. Belə ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, səhiyyə sahəsində ölçmələrin tipi təsdiq edilməmiş və ya yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə etməklə aparılmasına görə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə cərimə olunur.

Mülkiyyət formasından asılı olmayaraq, səhiyyə sahəsində xidmət göstərən subyektlər tibbi ölçü cihazlarını ilkin yoxlamadan və ya dövri yoxlamadan keçirmək üçün bu sahədə fəaliyyət göstərən akkreditasiya olunmuş qurumlara müraciət edə bilərlər.

İstehlakçılara tövsiyə olunur ki, səhiyyə xidmətlərindən istifadə edərkən tibbi ölçü cihazlarının qeyri-dəqiq göstəricilərindən qorunmaq üçün onların yararlılığına dair məlumatları (yoxlama haqqında şəhadətnaməni və ya yoxlama nişanını) tələb etsin, yoxlamadan keçməmiş ölçü cihazları ilə tibbi xidmət almaqdan çəkinsinlər. Bu kimi hallarla qarşılaşdıqları təqdirdə, vətəndaşlar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə 195-1 Çağrı Mərkəzi, elektron poçt ([email protected]) və rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) vasitəsilə müraciət edə bilərlər.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?