3 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ötən il Qazaxıstandan Azərbaycana buğda ixracı artıb

2022-ci ildə Qazaxıstandan Azərbaycana buğda ixracı 3,7 dəfə (69,9 milyon dollarlıq) artıb.

vergiler.az” Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu rəqəmlər ölkənin Strateji Planlaşdırma və İslahatlar Agentliyinin Milli Statistika Bürosunun hesabatında əks olunub.

Hesabatda 2022-ci ildə Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsinin ümumi həcminin 461,9 milyon ABŞ dolları təşkil etdiyi bildirilir ki, bu da bir il öncəki göstərici ilə müqayisədə 39 faiz (332,2 milyon dollar) çoxdur.

Son bir ildə Qazaxıstandan Azərbaycana ixrac təxminən 30 faiz (375,3 milyon dollar), Azərbaycandan idxal isə 95 faiz artaraq 86,6 milyon dollara çatıb.

Hesabatda həmçinin Azərbaycandan Qazaxıstana şəkər tədarükünün əhəmiyyətli dərəcədə artdığı (147,2 dəfə - 13,6 milyon dollarlıq) qeyd olunur.

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ