23 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Ötən il Azərbaycanın sement ixracından gəliri 47,5 faiz artıb

Ötən il Azərbaycanın sement ixracından gəliri 47,5 faiz artıb

2022-ci ildə Azərbaycan 34 926,66 min dollar dəyərində 724 975,25 ton hazır və ya klinker formasında sement ixrac edib.

"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2021-ci ilin göstəricisilə müqayisədə dəyər ifadəsində 47,5 faiz, həcm baxımından isə 16,1 faiz çoxdur.
Ötən ilin dekabrında ölkədən 4 195,66 min dollar dəyərində 80 003,86 ton sözügedən məhsul ixrac olunub ki, bu da noyabr ayı ilə müqayisədə dəyər və həcm ifadəsində müvafiq olaraq 15,8 və 16,1 faiz çoxdur.

Qeyd edək ki, 2022-ci ildə sementin ümumi ixracda xüsusi çəkisi 0,09 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,15 faizə bərabər olub.

VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı?