9 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Nüvə texnologiyası Azərbaycana pambıq istehsalını əhəmiyyətli dərəcədə artırmağa imkan verib

Nüvə texnologiyası Azərbaycana pambıq istehsalını əhəmiyyətli dərəcədə artırmağa imkan verib

Azərbaycan pambıq istehsalçıları nüvə texnologiyasına əsaslanan yeni, iqlimə uyğun əkinçilik üsullarına keçiblər. "vergiler.az" BMT-yə istinadən xəbər verir ki, təkmilləşdirilmiş torpaq, gübrə və su idarəçiliyi təcrübələrindən, “Super Pambıq” sortundan istifadə etməklə məhsuldarlığı, pambıq keyfiyyətini və mənfəəti iki dəfə artırmaq mümkün olub. Layihə çərçivəsində məhsuldarlıq ildə bir hektara 3 tondan 8 tona çatdırılıb.

Layihə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA), Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə həyata keçirilir. FAO/AEBA-nın Ərzaq və Kənd Təsərrüfatında Nüvə Metodları üzrə Birgə Mərkəzinin torpaqşünası Məhəmməd Zamanın sözlərinə görə, Azərbaycanda ümumi pambıq sahələrinin 105 min hektar olduğunu nəzərə alaraq, hətta iqlimə uyğun əkinçilik üsullarının 10 faiz tətbiqi 31 min tona qarşı 84 min ton pambıq istehsal etməyə imkan yaradacaq.

“Yəni söhbət pambıqçılığın ənənəvi üsullarının nəticələri ilə müqayisədə 166% artımdan gedir. Layihə Azərbaycan iqtisadiyyatının əhəmiyyətli artımına töhfə verə bilər”, - M. Zaman qeyd edib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?