23 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Keramik plitələrin istehsalı müəssisəsində işlərin 80 faizi yekunlaşıb

Keramik plitələrin istehsalı müəssisəsində işlərin 80 faizi yekunlaşıb

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının Çin kapitallı rezidenti “Azərbaycan Vanhong Ceramics Co.” MMC-nin Keramik plitələrin istehsalı müəssisəsində metal-konstruksiya və avadanlıqların quraşdırılması işləri yekunlaşmaq üzrədir.

Müəssisənin investisiya dəyəri 68 milyon manatdır. Layihə üzrə indiyədək görülən işlərə artıq 51 milyon manatdan çox sərmayə qoyulub və işlərin 80 faizi tamamlanıb. 400-dək insanın daimi işlə təmin ediləcəyi müəssisədə iki ölçüdə kafel-metlax istehsalı həyata keçiriləcək. İstehsal olunan məhsulların daxili bazarda satışı ilə yanaşı, Rusiya, Gürcüstan, Türkiyə, Qazaxıstan və s. ölkələrə ixracı da planlaşdırılır.

Müəssisənin 2023-cü ilin birinci yarısında fəaliyyətə başlaması nəzərdə tutulur.

Qeyd edək ki, “Azərbaycan Vanhong Ceramics Co.” MMC-yə 2021-ci ilin oktyabr ayında Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Sənaye müəssisəsi idxalın əvəzlənməsində və ixrac potensialının genişləndirilməsində əhəmiyyətli rol oynayacaq.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması