8 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

51 aqroparkın yaradılması üzrə işlər davam etdirilir

Dövlət başçısının tapşırığına uyğun olaraq, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi və kənd təsərrüfatının modernləşdirilməsi istiqamətində respublikanın 32 rayonu üzrə 239,3 min hektar ərazidə 51 aqroparkın yaradılması işləri davam etdirilir.

"vergiler.az" xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) sədr müavini Zamir Dibirov ötən ilin yekunlarına dair mətbuat konfransında deyib. Onun sözlərinə görə, aqroparkların 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq, 2-i isə emal sənayesi üzrə ixtisaslaşıb. Sözügedən aqroparklardan 44-ü artıq fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə və ya tikinti işləri aparılır.

Aqroparkların ümumi layihə dəyəri 2,4 mlrd. manat təşkil edir ki, bunun da faktiki olaraq 1,4 mlrd. manatı layihələrin reallaşdırılmasına yatırılıb.

Aqroparklar məşğulluq səviyyəsinin artırılmasında da mühüm rol oynayır. Aqroparklarda ümumilikdə 9318 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulub.

Aqroparklarda səmərəliliyin artırılması məqsədilə növbəti 5 il ərzində pivotaltı sahənin 100 min hektara çatdırılması nəzərdə tutulur.

2021-2022-ci il əkin illərində fəaliyyət göstərən aqroparklar tərəfindən 127.2 min hektar əkin dövriyyəsinə cəlb edilib. Bundan əlavə, 2022-ci ildə aqroparklarda 16.4 min hektar sahədə təkrar əkin (qarğıdalı, soya və s.) aparılıb.

2022-ci ildə aqroparklarda buğda istehsalı 152 min ton, arpa istehsalı 71 min ton, dən qarğıdalı istehsalı 128 min ton, soya istehsalı 2,7 min ton, silos üçün qağıdalı istehsalı 55 min ton və yonca istehsalı 14 min ton olub.

İstehsal olunmuş 152 min ton buğdanın 59%-i və ya 89 min tonu ərzaqlıq, 20%-i və ya 31 min tonu toxumluq, 21%-i və ya 32 min tonu yemlik buğda olub.

Z.Dibirov qeyd edib ki, 2023-cü ildə aqroparklarda ərzaqlıq buğda istehsalının 145 min tona çatdırılması proqnozlaşdırılır.

Aqroparklarda yeni intensiv və superintensiv meyvə bağlarının sahələri fındıq üzrə 2 600 ha, zeytun üzrə 2 248 ha, qoz üzrə 1 228 ha, badam üzrə 1 010 ha, alma üzrə 388 ha, nar üzrə 355 ha, üzüm üzrə 152 ha və müxtəlif növ meyvə bağları üzrə isə 275 ha olmaqla ümumilikdə 8 256 min ha təşkil edib. Aqroparklarda salınmış fındıq, zeytun və qoz bağları ölkədə sahəsinə görə ən böyük intensiv bağlardır.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?