21 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Rəqabət Məcəlləsi qəbul olunacaq

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, 2016-cı ildə Strateji Yol Xəritəsində Rəqabət Məcəlləsinin qəbulu ilə bağlı məsələ öz əksini tapıb. Bu baxımdan, Məcəllənin tezliklə parlamentin plenar iclasına çıxarılaraq qəbulu nəzərdə tutulur.

V.Əhmədov vurğulayıb ki, Prezident İlham Əliyevin göstərişi və tapşırığı ilə ölkədə inhisarçılıq hallarının aradan qaldırılması istiqamətində mühüm addımlar atılıb. Rəcabət Məcəlləsi qəbul ediləndən sonra mövcud maneələr tamamilə aradan qaldırılacaq: "Məcəllənin qəbul edilməsi bazarda azad rəqabəti stimullaşdıracaq, "kölgə iqtisadiyyatı"nın səviyyəsini əhəmiyyətli dərəcədə azaldacaq və nəticədə dövlət büdcəsinə daha çox vergi yığılacaq".

Deputat bildirib ki, Rəqabət Məcəlləsi hazırlanarkən beynəlxalq maliyyə qurumlarının rəyləri nəzərə alınıb. Onun sözlərinə görə, indiyədək Məcəllənin qəbulunun yubanmasının bir səbəbi də beynəlxalq maliyyə qurumlarının sənədlə tanışlıq prosesinin çox çəkməsi olub: "Məcəllə beynəlxalq maliyyə qurumlarında müəyyən təftişdən keçdikdən sonra onun qəbulu bir qədər yubanıb. Lakin hazırda Məcəlləyə təklif olunan yeni müddəaların işlənməsi üzərində ciddi iş gedir və əminəm ki, bu vacib sənədin Milli Məclisin müzakirəsinə çıxarılması çox ləngiməyəcək. İnanıram ki, Rəqabət Məcəlləsi 2019-2020-ci illər ərzində qəbul olunacaq".

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?