19 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycanın Küveytlə ticarət dövriyyəsi artıb

Azərbaycanın Küveytlə ticarət dövriyyəsi artıb

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-da Küveyt Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Abdullah Mohamed Abdullah Almaudi ilə görüş keçirilib.

AZPROMO-nun rəhbəri Yusif Abdullayev ölkəmizdə tətbiq olunan biznes və investisiyaların təşviqi mexanizmləri, bu sahədə Agentliyin fəaliyyəti, sahibkarlara göstərilən dəstək tədbirləri barədə məlumat verib, iki ölkəinin iş adamları arasında biznes forum və işgüzar görüşlərin təşkil olunmasını təklif edib.

Küveytin Azərbaycandakı səfiri Abdullah Mohamed Abdullah Almaudi qarşılıqlı ticarətin və investisiyaların artırılması üçün potensialı qeyd edib, iki ölkənin biznes dairələri arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb, qarşılıqlı informasiya mübadiləsinə dair razılıq əldə olunub.

Qeyd edək ki, ötən il Azərbaycanın Küveytlə ticarət dövriyyəsi, o cümlədən Azərbaycanın Küveytə ixracı 2 dəfə artıb. İxracın dinamikası hesabına ticarət dövriyyəsinin müsbət saldosunda da 2 dəfəyədək artım qeydə alınıb.

VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır?