16 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Dünya Bankının nümayəndələri ilə görüş keçirilib

Dünya Bankının nümayəndələri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Dünya Bankının nümayəndə heyəti ilə “İnfrastruktur İdarəetməsinin Qiymətləndirilməsi Çərçivəsinə (InfraGov) mümkün töhfələr” mövzusunda görüş keçirilib.

Görüşdə son dövrlərdə həyata keçirilmiş islahatlar, rəqabət və dövlət satınalmaları sahəsində qanunvericiliyə təklif edilmiş dəyişiklik layihələri barədə müzakirələr aparılıb, keyfiyyət infrastukturunun təkmilləşdirilməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə beynəlxalq standartlara və tələblərə nail olunmasının sahibkarlığın inkişafına verəcəyi töhfələrdən bəhs olunub.

Qeyd edək ki, Dünya Bankının təşəbbüsü ilə həyata keçirilən “InfraGov” layihəsi keyfiyyət infrastrukturunun yaxşılaşdırılmasına xidmət edən resurs və metodologiyaların tətbiqini ehtiva edir.

VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır?