19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Tahir Mirkişili: "KOB-ların dəstəklənməsində vahid yanaşma tətbiq olunacaq"

“Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Qanunun tətbiqi nəticəsində KOB-ların dəstəklənməsində vahid yanaşma özünü göstərəcək, vahid reyestrin yaradılması sayəsində ünvanlılıq və effektivlik təmin olunacaq, eyni zamanda koordinasiya və əlaqələndirmə həyata keçiriləcək, KOB-ların sağlam mühitdə inkişafına zəmin yaranacaq, KOB-lar dəstək tədbirlərindən daha çox yararlanacaq.
Bu fikirləri “vergiler.az”a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, 5 fəsil, 15 maddədən ibarət olan qanunun hazırlanması zamanı beynəlxalq təcrübədən, xüsusilə Asiya İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Türkiyə, Rusiya, Qazaxıstan, Ukrayna, Latviya təcrübəsindən istifadə edilib. Qanunun hazırlanmasında əsas məqsədlər əlverişli ekosistemin yaradılması, investisiya və innovasiyaların stimullaşdırılması, bazarlara çıxışa dəstəyin, ÜDM, məşğulluq, qeyri-neft sektorunda KOB-ların payının artırılmasıdır. Qanunda əsas istiqamətlər KOB-ların satınalmalarda iştirakının stimullaşdırılması, optimal vergi siyasəti, prosedurların sadələşdirilməsi, bilik və bacarıqların artırılması, maliyyə resurslarına çıxışın asanlaşdırılmasıdır.

T.Mirkişili əlavə edib ki, səlahiyyətli qurumun yanında daimi fəaliyyət göstərən koordinasiya qrupunun təşkili, KOB sahəsində ümumi əlaqələndirmə işlərini həyata keçirən qurumun müəyyən edilməsi, KOB subyektlərinin vahid reyestrinin yaradılması, dövlət orqanları və özəl təşkilatlar tərəfindən KOB-lara göstərilən xidmətlərin səmərəliliyinin qiymətləndirilməsi, KOB- ların inkişafı sahəsində dövlət tərəfindən prioritet sahələrin müəyyən edilməsi qanundakı əsas yeniliklərdir.

Komitə sədri qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin fərmanları ilə vahid reyestrin əsasnaməsi, dəstək infrastrukturunun qiymətləndirlməsi qaydaları, səlahiyyətli orqanın müəyyən edilməsi, Nazirlər Kabinetinin qərarları ilə isə koordinasiya qrupu haqqında əsasnamə, əlavə dəstək göstəriləcək prioritet sahələrin siyahısı təsdiq ediləcək.

Azərbaycanda 1.3 milyondan çox sahibkarın olduğunu nəzərə çatdıran T.Mirkişili onların 87.5%-nin fərdi sahibkar, 12.5%-nin isə hüquqi şəxslər olduğunu söyləyib. Onun sözlərinə görə, hüquqi şəxslərin 89.2%-i mikro, kiçik və orta sahibkarlıq subyektləridir ki, onların da sayı təqribən 150 mindən çoxdur.

Qeyd edək ki, Prezident İlham Əliyev bu gün verdiyi fərmanla “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Qanunu təsdiqləyib.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?