31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Süni intellekt üzrə Milli Strategiyanın hazırlanması üçün yol xəritəsi təqdim olunub

Süni intellekt üzrə Milli Strategiyanın hazırlanması üçün yol xəritəsi təqdim olunub

Süni intellekt üzrə Milli Strategiyanın hazırlanması üçün yol xəritəsi Dördüncü Sənaye İnqilabınınTəhlili və Koordinasiya Mərkəzi (4SİM) ilə Dünya İqtisadi Forumunun Süni intellekt və maşın öyrənməsi platforması arasında əməkdaşlığı çərçivəsində tərtib edilib və Dördüncü Sənaye İnqilabı texnologiyaları üzrə İşçi Qrupunun 25 yanvar tarixində keçirilən növbəti iclasında müzakirə olunub.

Aidiyyəti dövlət qurumlarının nümayəndələri və Süni İntellekt (Sİ) icmasının üzvlərinin iştirakı ilə keçirilən iclasda “Sİ hazırlıq indeksi” və "Milli Sİ strategiyasının hazırlanması üçün yol xəritəsi" barədə məlumat verilib, Milli Süni İntellekt Strategiyasının hazırlanması istiqamətində görülən işlər barədə müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib.

Tədbirdə həmçinin, Dünya İqtisadi Forumunun Süni intellekt və maşın öyrənməsi platformasının rəhbəri Uber Xelop “Milli Sİ strategiyalarının hazırlanması”, Türkiyə Rəqəmsal Transformasiya Ofisinin nümayəndəsi Mervə Ayyücə Kizrak “Süni İntellekt strategiyasının hazırlanmasındakı çətinliklər” və Paşa Bankın Data elmi şöbəsinin rəhbəri İlkər Kurtuluş “Süni İntellekt biznesi necə dəyişdirir” mövzularında təqdimatla çıxış edərək öz təcrübələrini bölüşüblər.

Qeyd: İşçi Qrupu 4Sİ texnologiyalarının tətbiqi imkanlarının araşdırılması, normativ-hüquqi bazanın, yol xəritələrinin formalaşdırılması, layihələrin əlaqələndirilməsi, həmçinin bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirmək məqsədilə yaradılıb.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?