19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ötən il 1,3 milyon tonadək buğda idxal edilib

2022-ci il ərzində Azərbaycana 436 551,2 min ABŞ dolları dəyərində 1 292 996,14 ton buğda idxal olunub.

"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2021-ci ilin göstəricilərini dəyər ifadəsində 31,5 faiz, həcm ifadəsində isə 12,6 faiz üstələyir.

Təkcə ötən ilin dekabr ayında ölkəyə 38 541,31 min dollar dəyərində 125 038,92 ton sözügedən məhsul idxal edilib ki, bu da noyabr ayı ilə müqayisədə dəyər ifadəsində 43,3 faiz, həcm baxımından isə 40,9 faiz azdır.

2022-ci ildə buğdanın idxalda xüsusi çəkisi 3 faizə bərabər olub ki, bu, 2021-ci ilin eyni göstəricisindən 0,16 faiz bəndi çoxdur.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin hesabatına əsasən, ölkədə ötən il 1 736,1 min ton buğda istehsal olunub ki, bu da bir il öncəki göstəricidən 7,9 faiz və ya 149,3 min ton azdır.

VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?