8 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"Azexport.az" portalı beynəlxalq "WorldFood Azerbaijan 2019" sərgisində

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport portalı Bakıda keçirilən regionun qida sənayesi üzrə mühüm və əhəmiyyətli tədbirlərindən biri olan Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan 2019" sərgisində "Səyyar Xidmət Mərkəzi" ilə təmsil olunur. Sərginin ilk günündən "azexport.az" portalının "Səyyar Xidmət Mərkəzi"nə yerli və xarici ziyarətçilərin böyük marağı müşahidə olunub. Portalın meneceri Ayxan Qədəşovun məlumatına görə, Rusiya, Almaniya, İtaliya, Belarus, Türkiyə, Ukrayna kimi ölkələrdən olan ziyarətçilərlə yanaşı respublikada qida, kənd təsərrüfatı və qablaşdırma sahələri üzrə ixtisaslaşmış şirkət nümayəndələri "Səyyar Xidmət Mərkəzi" ilə tanış olublar. Ziyarətçilərə portalın yerli sahibkarlar üçün yaratdığı geniş imkanlardan və qısa zaman ərzində qazandığı uğurlar barədə ətraflı məlumatlar verilərək, daha yaxından əməkdaşlığa dəvət olunublar. Dörd ixtisaslaşmış sərgidə ümumilikdə dünyanın 32 ölkəsini təmsil edən 440 şirkət, eləcə də 11 milli və regional qrup təmsil olunur.

Qeyd edək ki, "azexport.az" portalı artıq üçüncü ildir ki, ölkəmizdə keçirilən analoji sərgidə iştirak edir.

VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır?