24 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda orta aylıq əməkhaqqı 8,5 faiz artıb

2019-cu il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz artaraq 1 milyon 580,8 min nəfərə çatıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, onlardan 896,2 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 684,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 21,2 faizi təhsil; 18,5 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri; 13,1 faizi sənaye; 8,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi; 6,9 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat; 6,9 faizi tikinti; 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı; 3,5 faizi peşə, elmi və texniki fəaliyyət; 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq; 1,6 faizi maliyyə və sığorta fəaliyyəti; 12,3 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2019-cu ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,5 faiz artaraq 577,6 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?