10 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vakant yerlər 5 gün ərzində vakansiya bankına daxil edilməlidir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemindəki "Məşğulluq" altsistemi yaxın günlərdə istifadəyə veriləcək. Altsistemin əsas üstünlüklərindən biri burada işsiz və işaxtaran vətəndaşlar üçün vakansiya bankının yaradılmasıdır. Hazırda həmin bazaya işəgötürənlər, o cümlədən işəgötürən olaraq fəaliyyət göstərən sahibkarlar tərəfindən vakansiyalar barədə məlumatlar daxil edilir.

İşəgötürənlər yeni və ya boş (vakant) iş yerləri barədə məlumatları "Məşğulluq haqqında" Qanuna əsasən ən geci 5 iş günü müddətində vakansiya bankına daxil etməlidirlər. Bunun üçün onlar e-sosial.az ünvanına (yaxud e-gov.az ünvanına) daxil olmalı, "e-Xidmətlər" bölməsində "Yeni iş yeri və boşalan iş yeri (vakansiya) barədə məlumatların təqdim edilməsi" elektron xidmətini seçməlidirlər. Bundan sonra "Vakansiyalar" bölməsindəki "Yeni vakansiya" altbölməsində vakant iş yeri barədə məlumatlarını daxil etməlidirlər. Sonda isə "Yadda saxla" düyməsini sıxmalıdırlar.

Sistem daim yenilənən məlumat bazasına malik olmaqla, işsiz və işaxtaranlara vakansiya bankına birbaşa çıxış və öz peşələrinə, ixtisaslarına, iş bacarıqlarına uyğun vakant yerləri üzrə birbaşa müraciət imkanı verir.

VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?