10 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
"ASAN xidmət" mobil tətbiqə başladı

"ASAN xidmət" mobil tətbiqə başladı

"ASAN xidmət"in əməkdaşı Turanə Qasımova "vergiler.az"a bildirib ki, mobil tətbiqin yaradılmasında əsas məqsəd vətəndaşlar üçün çevikliyi təmin etməklə, onların əlavə vaxt itkisinin, məsrəflərinin qarşısını almaq və "ASAN xidmət" mərkəzlərinin idarə edilməsində effektivliyi artırmaqdır.
Vətəndaşlar "ASAN xidmət" mobil tətbiqini "Android" əməliyyat sistemi ilə çalışan mobil qurğular üzərindən yükləyə bilərlər. "Tətbiqi yükləmiş istifadəçi şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil etməklə qeydiyyatdan keçə və şəxsi kabinetini yarada bilər. Vətəndaşlar mobil tətbiq vasitəsilə "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində müvafiq xidmət mərkəzini seçə, zəruri sənədlərin siyahısı ilə tanış ola və növbə götürə bilərlər. Həmçinin seçilmiş xidmət üzrə təqdim olunan mərkəzlərdə növbə sayı və növbənin bitmə vaxtı ilə tanış olmaq və müvafiq mərkəzi seçmək imkanı da yaradılıb".

Diqqətə çatdırılıb ki, təqdim olunan "Növbəni izlə" funksional bölməsi vasitəsilə vətəndaşlar növbə üzrə müraciətlərinin statusu ilə tanış ola bilər, həmçinin müraciətlərindən imtina edə və ya mərkəzlərə daha yaxın ərazidə olduğu zaman aktivləşdirməni həyata keçirə bilərlər: "ASAN xidmət" mobil tətbiqində vətəndaşlar üçün onlayn müraciət və telefon vasitəsilə 108 "Çağrı" mərkəzi ilə əlaqə, vətəndaşın dayandığı mövqedən xidmət mərkəzinə xəritə əldə etmək və digər faydalı imkanlar yaradılıb. Gələcəkdə mobil tətbiqin sistem imkanlarının və əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulub".

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?