29 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Borcalanların ödəniş intizamı daha da yaxşılaşdırılacaq

“Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirlərinin hesablanması Qaydası”na edilən dəyişiklik imkan verir ki, vətəndaşların muzdlu işlə əlaqədar gəlirlərinin hesablanması zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” altsistemi ilə yanaşı, həmçinin “Əmək müqaviləsi bildirişi” altsistemi ilə də nəzərə alınsın.

Bunu “vergiler.az”a İpoteka və Kredit Zəmanət Fondundan bildiriblər.

Fonddan qeyd edilib ki, Nazirlər Kabinetinin 2016-cı il 16 noyabr tarixli 464 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirlərinin hesablanması Qaydası”nda dəyişiklik edilib. Dəyişiklik ipoteka kreditləşməsi mexanizminə əlçatanlığın artırılması, xidmətlərdə şəffaflığın, operativliyin və məmnunluğun təmin edilməsi, ipoteka krediti almaq istəyən şəxslərin gəlir və xərclərinin təhlili işinin təkmilləşdirilməsi və daha da dürüstləşdirilməsi məqsədini daşıyır: “Məlum olduğu kimi, son illər ərzində dövlət xidmətlərinin avtomatlaşdırılması, informasiya sistemlərinin inteqrasiyası hazırda ipoteka krediti üçün müraciət edən şəxslərin gəlirlərinin daha ədalətli və obyektiv qiymətləndirilməsinə əlavə imkanlar yaradır. Hazırda müvafiq qaydaya dəyişiklik imkan verir ki, vətəndaşların muzdlu işlə əlaqədar gəlirlərinin hesablanması zamanı ƏƏSMN-nin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” altsistemi ilə yanaşı, həmçinin “Əmək müqaviləsi bildirişi” altsistemi ilə də nəzərə alınsın. Bu məlumatların obyektiv səbəblərdən nəzərdə tutulmuş qaydada əldə edilməsi mümkün olmadığı hallarda müvafiq dövr üzrə gəlirlərin vergi, əmək, sığorta, o cümlədən sosial sığorta və bank qanunvericiliyi ilə müəyyən edilmiş digər təsdiqedici sənədlərə əsasən hesablanması imkanını yaradır”.

Qərarda nəzərdə tutulan digər dəyişiklik isə borcalanların ödəniş qabiliyyətlərinin daha dürüst məlumatlar əsasında qiymətləndirilməsi ilə əlaqədardır. Qərara əsasən, vəzifə maaşı azalan borcalanların orta aylıq gəlirləri dəyişiklik baş verən tarixdən sonrakı real gəlirlərə uyğun hesablanacaq. Bu da öz növbəsində müvəkkil bankların kredit risklərinin daha düzgün qiymətləndirilməsinə, eləcə də borcalanların ödəniş intizamının daha da yaxşılaşdırılmasına səbəb olacaq.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?