5 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Regional tərəfdaşların inkişafı” layihəsinə start verildi

Regionlarda fəaliyyət göstərən sahibkarları maliyyə resurslarına çıxış imkanları, bu sahədə mövcud olan dövlət dəstəyi mexanizmləri – güzəştli kreditlər, subsidiyalar barədə məlumatlandırmaq, eləcə də paytaxt və bölgələrdən olan iş adamları arasında işgüzar əlaqələrin genişləndirilməsi üçün maarifləndirmə tədbirinə başlanılıb. Bu məqsədlə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol” MMC-nin birgə təşkilatçılığı, Dövlət Məşğulluq Agentliyi və “Kapital Bank”ın tərəfdaşlığı, “Maricel Astara Resort” otelin dəstəyi ilə “Regional tərəfdaşların inkişafı” layihəsinə start verilib.

Dekabrın 9-da Şəki şəhərində “Regional tərəfdaşların inkişafı” layihəsinin təqdimatına həsr olunmuş Konfrans keçirilib. Tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri, Bakı şəhərindən və Şəki-Zaqatala iqtisadi rayonundan 200-dən çox sahibkar iştirak edib.

Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Milli Məclisin deputatı Vüqar İskəndərov sahibkarlara göstərilən dəstək tədbirləri, o cümlədən dövlətin güzəştli kreditləri, subsidiyalar, biznesin maliyyə resurslarına çıxışı istiqamətində yeniliklər barədə məlumat veriblər.

“Marsol” MMC-nin İdarə Heyətinin sədri Tural Mustafayev, “Kapital Bank”ın Korporativ və KOS satış İdarəsinin baş direktoru Fərid Hidayətzadə və “Maricel Real Estate”in rəhbəri Samir Əlizadə təmsil etdikləri şirkətlərin fəaliyyəti, sahibkarlarla əməkdaşlıq, dövlət dəstək tədbirlərindən necə yararlanmaları barədə danışıblar.

Konfrans Bakı və region sahibkarlarını bir araya gətirməklə, onlar arasında netvörkinq və birgə investisiya təşəbbüslərinin reallaşdırılması üçün də imkan yaradıb.

Tədbir çərçivəsində həmçinin “Region sahibkarlarının maliyyə kanallarına çıxış imkanları” mövzusunda panel müzakirə təşkil olunub. KOBİA, Aqrar Kredit və İnkişaf Agentliyi, Sahibkarlığın İnkişafı Fondu, Dövlət Məşğulluq Agentliyi və “Kapital Bank”ın nümayəndələrinin iştirakı ilə keçirilmiş müzakirələrdə mövzu ilə bağlı ətraflı məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

“Regional tərəfdaşların inkişafı” layihəsi çərçivəsində növbəti aylarda Gəncə, Astara və Qubada da maarifləndirici tədbirlər keçiriləcəkdir.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?