25 Sentyabr 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yeni iqtisadi inkişaf modeli: sənayeləşmə regionlara transfer olunacaq

Azərbaycanda yeni iqtisadi modelin formalaşması və bu modelə uyğun olaraq yeni inkişaf strategiyasının hazırlanması üzərində iş gedir. 2021-2025-ci illəri əhatə edəcək yeni model makro və mikro səviyyədə islahatların həyata keçirilməsini nəzərdə tutur. 

İqtisadçı ekspert Vüqar Bayramov mövzunu "vergiler.az"a şərh edərkən bildirib ki, yeni iqtisadi inkişaf modeli investisiya mühitinin daha da yaxşılaşdırılmasını, xüsusən də iqtisadiyyatda liberallaşdırmanın genişləndirilməsini, makro səviyyədə qiymətləndirmələrə əsaslanan proqramların həyata keçirilməsini əhatə edir. Bununla bağlı artıq beynəlxalq maliyyə təşkilatları, o cümlədən Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı ilə danışıqlar aparılıb:

"Yeni inkişaf modelinin hazırlanması prosesində beynəlxalq maliyyə qurumlarının iştirakı nəzərdə tutulan iqtisadi fəaliyyətlərin effektivliyinin artırılması və layihələrin maliyyələşdirilməsi üçün çox əhəmiyyətlidir".

Qeyri-neft sektorunda iqtisadi fəaliyyətlərin əvvəlcədən qiymətləndirilməsi
hər bir layihənin məşğulluğa, ümumi daxili məhsula, qeyri-neft
məhsullarının ixracına təsirini əhəmiyyətli dərəcədə artıracaq

Bildirilib ki, yeni iqtisadi inkişaf modelinin ən mühüm özəlliklərindən biri həyata keçiriləcək layihələrin nəticələrinin əvvəlcədən qiymətləndirilməsidir. Bu model əsasında ayrı-ayrı sektorlar üzrə konkret layihələr həyata keçiriləcək: "Sektorlar üzrə ideya və təşəbbüslərin əvvəlcədən qiymətləndirilməsi yeni iqtisadi inkişaf modelinin əsas istiqamətlərindəndir. Yeni model müasir elektron aqrar sisteminin formalaşdırılmasını, özəlləşdirmə ilə bağlı işlək mexanizmlərin yaradılmasını, özəlləşdirilmiş müəsssisələrin sağlamlaşdırılmasını, xarici investorların yeni təşviqedici mexanizmlərinin tətbiqini nəzərdə tutur. Bütün bunlar ölkəyə daha çox xarici investisiyaların cəlb edilməsinə imkan yaradacaq, eləcə də yerli sahibkarlar üçün geniş imkanlar açacaq, yerli səmayələrin real sektora cəlb edilməsinə təkan verəcək. Model Strateji yol xəritələrinin ikinci mərhələsində effektiv islahatların həyata keçirilməsinə hesablanıb: bu isə qeyri-neft sektorunun inkişaf etdirilməsinin alternativinin olmaması anlamına gəlir".

Ekspert vurğulayıb ki, bütün bunlar ümumi şəkildə indiyədək həyata keçirilən inkişaf strategiyasında əksini tapsa da, yeni iqtisadi inkişaf modeli konkret layihələrin aktiv şəkildə dəstəklənməsini stimullaşdıracaq. Onun fikrincə, qeyri-neft sektorunda iqtisadi fəaliyyətlərin əvvəlcədən qiymətləndirilməsi hər bir layihənin məşğulluğa, ümumi daxili məhsula, qeyri-neft məhsullarının ixracına təsirini əhəmiyyətli dərəcədə artıracaq: "Yeni iqtisadi inkişaf modelinin əsas hədəflərindən biri sənayeləşmənin genişləndirilməsi, xüsusilə sənayenin paytaxtdan regionlara transfer edilməsidir. Məqsəd Azərbaycanda sənayeləşmə prosesinin sürətləndirilməsi üçün daha geniş imkan yaratmaqdır. Praktiki olaraq, beynəlxalq maliyyə qurumlarının iştirakı ilə bu cür konkret sahələr üzrə layihələrin hazırlanması həmin layihələrin maliyyələşməsini də stimullaşdıracaq".

Elxan SALAHOV

Vergi20 Yanvar şəhidinin ailə üzvlərinin hansı vergi güzəşti mövcuddur? Vergiİdxalı əvəz edən mal istehsalçıları hansı vergilərdən azaddır? MüsahibələrMahmud Ul-Həssan Xan: “Pakistan şirkətlərinin Azərbaycan iqtisadiyyatına sərmayə qoymaq üçün böyük imkanları var” MÜSAHİBƏ İqtisadiyyatSinqapurun “Trafigura Pte Ltd” şirkəti ilə anlaşma memorandumları imzalanıb VergiXaricdən əldə edilən gəlirlər üzrə kameral vergi yoxlamasının müddəti nə qədərdir? İqtisadiyyatSahibkar Vüqar Məmmədov: “Ölkədə sahibkarlıqla məşğul olmaq üçün hər cür şərait yaradılıb” İqtisadiyyatİqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib VergiHansı hallarda ali təhsil alan tələbələrin valideynlərinə vergi güzəşti tətbiq olunur? VergiTibbi xidmətlərə görə nağd ödənişlərin qəbul edilməsi hansı maliyyə sanksiyasına səbəb olur? Ekspert RəyiVergi ödəyicisinə arayışın təqdim edilməməsinə görə maliyyə sanksiyasının tətbiq edilməsi