24 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Media nümayəndələri üçün təlim keçirilib

İqtisadiyyat Nazirliyi iqtisadi sahədə fəaliyyət göstərən media nümayəndələrinin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə Medianın İnkişafı Agentliyi ilə birgə təlimlərin keçirilməsini davam etdirir.

Noyabrın 29-da növbəti belə təlim Nazirliyin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən “Dördüncü Sənaye İnqilabı və Rəqəmsal İqtisadiyyat” mövzusunda keçirilib.

Təlimçilər - 4SİM-in Rəqəmsal iqtisadiyyat şöbəsinin rəisi Cavid Abdullayev və Layihələrin idarəolunması şöbəsinin əməkdaşları Kənan İbrahimov və Ruslan Zeynalzadə 4SİM-in fəaliyyəti, rəqəmsallaşma və rəqəmsal iqtisadiyyat, rəqəmsal iqtisadiyyatda insan kapitalı barədə təqdimatla çıxış ediblər.

Tədbirdə mövzularla bağlı müzakirələr aparılıb, KİV nümayəndələrinin sualları cavablandırılıb.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. KİV nümayəndələrinə sertifikatları İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Tamerlan Tağıyev və Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli təqdim ediblər.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?