9 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Türkmənistanla Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirilib

Türkmənistanla Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirilib

Ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə olunub

Ölkəmizdə səfərdə olan Azərbaycan Respublikası ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Batır Atdayevin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub. Türkmənistan nümayəndə heyəti, həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın əziz xatirəsini yad edərək, “Əbədi məşəl" kompleksi önünə əklil qoyub.

Azərbaycan Respublikası ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirilib.

Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov dostluq və qardaşlıq münasibətlərinə əsaslanan Azərbaycan-Türkmənistan əlaqələrinin uğurla inkişaf etdiyini, ölkəmizin Türkmənistanla tərəfdaşlığın genişlənməsinə önəm verdiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, əməkdaşlığın əsas istiqamətlərindən olan ticarətdə ciddi artım müşahidə olunur. Belə ki, yanvar-oktyabr aylarında ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,5 dəfədən çox artıb. Bununla belə, ticarət həcmini daha da artırmaq üçün böyük imkanlar var. Bundan başqa, hər iki ölkənin enerji, nəqliyyat-tranzit və digər sahələr üzrə geniş potensialı əlaqələrin inkişafı üçün əlverişli zəmin yaradır.

Tədbirdə ölkəmizin biznes və sərmayə cəlbediciliyi barədə ətraflı məlumat verilib, Türkmənistan investorları fəal əməkdaşlığa dəvət olunub.

Birgə Hökumətlərarası Komissiyanın həmsədri, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Batır Atdayev ölkələrimiz arasında uğurlu əlaqələri vurğulayıb, tərəfdaşlığın yeni istiqamətlər üzrə inkişafı, işgüzar münasibətlərin genişlənməsi və birgə layihələrin icrası barədə fikirlərini bölüşüb.

İclasda qarşılıqlı ticarət, enerji, nəqliyyat, kənd təsərrüfatı və s. sahələrdə tərəfdaşlığın inkişafı barədə müzakirələr aparılıb.

İclasın sonunda Hökumətlərarası Komissiyanın həmsədrləri tərəfindən Azərbaycan Respublikası ilə Türkmənistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Batır Atdayev imzalayıblar. Sənəddə iqtisadi-ticarət, energetika, nəqliyyat, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, şəhərsalma və arxitektura, eləcə də digər sahələrdə əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.

Həmin gün Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədrləri - iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Batır Atdayev arasında görüş keçirilib.

Tərəflər iqtisadi-ticarət əməkdaşlığının inkişafı istiqamətlərini müzakirə ediblər.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?