19 May 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bakıda Tatarıstan biznes-missiyasının nümayəndələri ilə görüş keçirilib

Noyabrın 28-də Bakıda Rus Evində(RİMM) Tatarıstan Respublikasından olan biznes-missiyasının nümayəndələri ilə görüş keçirilib. Görüşdə Tatarıstanın Baş nazirinin müavini - sənaye və ticarət naziri Oleq Korobçenko, Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov, “Rossotrudniçestvo”nun ölkəmizdəki nümayəndəliyinin rəhbəri İrek Zinnurov və Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin rəhbəri Nuri Quliyev iştirak ediblər.

Həmçinin görüşə Tatarıstanın Azərbaycandakı daimi nümayəndəsi Murad Qadılşin və bu dövlətin 40-dan çox müəssisəsinin nümayəndələri də qatılıblar.

Tədbirin əvvəlində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) İxracın Təşviqi Departamentinin direktoru Tural Hacılı çıxış edib. O, Azərbaycanda böyük biznes forumun keçirilməsinin planlaşdırıldığını vurğulayıb: “Biz Tatarıstan şirkətlərinin marağına səbəb olacaq daha çox yerli şirkətləri cəlb etmək üçün əlimizdən gələni etdik. Forumda Azərbaycan tərəfdən 70-ə yaxın şirkət iştirak edəcək. Danışıqlar zamanı şirkətlərə dəstək olmaqdan məmnun olacağıq”.

Öz növbəsində “Rossotrudniçestvo”nun rəhbəri İrek Zinnurov qeyd edib ki, biznes-missiyaların nümayəndələri işgüzar görüşlər üçün Bakıdakı Rus Evinin dəstəyindən istifadə edə bilərlər.

Sənaye və ticarət naziri Oleq Korobçenko bildirib ki, Rusiya, o cümlədən Tatarıstan təkcə mədəniyyət və turizm sahəsində deyil, biznes sahəsində də qarşılıqlı fəaliyyətə hazırdır. Azərbaycanın coğrafi baxımdan əlverişli ölkələrdən biri olduğunu qeyd edən O.Korobçenko deyib ki, bu ölkədə istehsalın açılması iqtisadi baxımdan sərfəlidir.

Ruslan Mirsayapov Rusiya və Azərbaycan şirkətləri arasında görüşlərin getdikcə daha tez-tez keçirildiyini vurğulayıb. “Sabah keçiriləcək biznes-forum və səfər çərçivəsində keçiriləcək görüşlər tərəfdaşlar tapmağa kömək edəcək. Azərbaycan bizim üçün dost dövlətdir. Bunu çox fəal xarici siyasət dialoqu da təsdiqləyir, bizim prezidentlərin nə qədər tez-tez ünsiyyət qurduqlarını bilirsiniz”, - deyə R.Mirsayapov bildirib.

Görüş müzakirələrlə davam edib.

Qeyd edək ki, bu işgüzar missiyanın məqsədi bazarın cari tələbatını öyrənmək, gələcəkdə birgə müəssisələrin yaradılması üçün Tatarıstan və Azərbaycanın xarici iqtisadi əlaqələrinin inkişaf etdirilməsi, qarşılıqlı ticarət dövriyyəsinin artırılmasıdır. Həmçinin iqtisadiyyatın sahə sektorlarının inkişafı və Rusiya-Azərbaycan birgə layihələrinin həyata keçirilməsini özündə əks etdirir.

AZƏRTAC

VergiFermer təsərrüfatında çalışan işçilərin vergi və sosial ödənişləri necə hesablanır? VergiMəcburi köçkünlərə vergi güzəşti və tələb olunan sənədlər VergiFiziki şəxs işçilərin əməkhaqqını nağd qaydada ödəyə bilərmi? VergiTeatr tamaşası üçün alınan biletə görə ƏDV-nin bir hissəsinin geri alınması VergiƏcnəbilər ƏDV-ni geri ala bilərlərmi? Vergiİşçinin müalicəsi üçün tibb müəssisəsinə ödənilən məbləğ gəlirdən çıxılırmı? VergiƏvəzləşdirilməyən ƏDV qeyri-maddi aktivlərin dəyərini artıran xərc kimi qəbul edilə bilərmi? VergiVÖEN yenidən aktivləşdikdə vergi ödəyicisinin hansı öhdəlikləri yaranır? VergiMüəlliflik hüququndan istifadəyə görə verilən royalti ödənişlərindən vergi tutulurmu? VergiFəaliyyətini müvəqqəti dayandıran vergi ödəyicisinin öhdəlikləri