11 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“SOCAR Petroleum” QSC-də nəzarət tədbirlərinə start verilib

“SOCAR Petroleum” QSC-nin müraciəti əsasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçı hüquqlarının müdafiəsinin təmin olunması, məhsul və xidmətlərin təqdim edilməsi zamanı keyfiyyət tələblərinə riayət olunması məqsədilə ölkə ərazisində satılan yanacağın keyfiyyət və həcm normativlərinə əməl edilməsi üzrə nəzarət tədbirlərinə başlayıb.

Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Metrologiya İnstitutu (AzMİ) və Azərbaycan Standartlaşdırma İnstitutu (AzStand) tərəfindən “SOCAR Petroleum” QSC-yə məxsus neft terminalları və yanacaqdoldurma məntəqələrində (YDM) yanacağın keyfiyyəti və buraxılış həcmləri üzrə yoxlama tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Bu çərçivədə saxlanma və daşınma da daxil olmaqla, satış zəncirində yanacağın keyfiyyətinin müəyyən edilmiş normativlərə uyğunluğunun müəyyənləşdirilməsi, həmçinin YDM-lərdə satış zamanı istismar olunan ölçmə vasitələrinin metroloji yoxlanılması və digər müvafiq fəaliyyətlərin icra olunması planlaşdırılır.

İstehlakçı hüquqlarının qorunmasına xidmət edən bu tədbirlər yanacağın istehsalı və ya idxalı prosesindən başlayaraq istehlakçıya çatdırılmasına qədər olan bütün mərhələləri əhatə edəcək.

VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir?