15 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Banklar innovasiyaların tətbiqinə, filiallar əvəzinə rəqəmsal servislərin həcminin artırılmasına çalışmalıdırlar

Yaxın vaxtlarda Milli Məclisə bank sektorunda islahatlarla bağlı böyük bir qanunvericilik paketinin daxil olması gözlənilir. “vergiler.az” xəbər verir ki, bu barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin rəhbəri Tahir Mirkişili məlumat verib. Paketin Mərkəzi Bankla birgə müzakirə olunacağını bildirib:

“Bankların fəaliyyəti Milli Məclisdə ən çox müzakirə olunan sahələrdən biridir. Bizim razı olduğumuz və olmadığımız məqamlar mövcuddur. Bizə müraciət edən vətəndaşları narahat edən məsələlər də var. Yaxın vaxtlarda Milli Məclisə bank sektorunda islahatlarla bağlı böyük bir paketin daxil olması gözlənilir”.

Bank sektorunun hazırda çox ciddi çağırışlarla üzbəüz olduğunu deyən T.Mirkişili xüsusilə, rəqəmsallaşmanın geniş vüsət aldığı dövrdə bunun təsir və təhdid etdiyi ən böyük sahənin məhz bank sektoru olduğunu qeyd edib:

“Ona görə də banklar gələcəkdə sürətlə transformasiya olunmalıdır. Bundan sonra daha çox biznesin inkişafında, etimad mühitinin yaranmasında, istehsalın inkişafında, yəni istehlakla bağlı olmayan məsələlərdə bank sektorunun daha aktiv olması dünya iqtisadiyyatında ciddi şəkildə qəbul olunur”.

T.Mirkişilinin fikrincə, rəqəmsallaşmanın daha çox tətbiq olunması, xüsusən innovasiyaların durmadan tətbiqi, filiallar əvəzinə daha çox rəqəmsal servislərin həcminin artırılması, böyük datalardan istifadə olunması bank sektoru qarşısında duran ən ümdə vəzifələrdən biridir.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?