15 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Hibrid və elektrik avtomobillərin idxalı artıb

Bu ilin oktyabr ayında Azərbaycana 14 369.67 min ABŞ dolları dəyərində 771 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri (hibrid avtomobillər) idxal olunub.

"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, sentyabr ayı ilə müqayisədə dəyər ifadəsində 924.17 min dollar və ya 6.8 faiz çox, say baxımından isə 18 ədəd və ya 2.3 faiz azdır.

Ümumilikdə cari ilin yanvar-oktyabr ayları ərzində ölkəyə 119 748.94 min dollar dəyərində 9770 ədəd hibrid avtomobillər idxal olunub ki, bu da 2021-ci il ilin eyni dövrünün göstəricilərindən müvafiq olaraq 13.6 faiz və 8.5 faiz çoxdur.

Bununla yanaşı, cari ilin ilk 10 ayında dəyəri 12 746.32 min dollar təşkil edən 368 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (elektromobillər) idxal olunub ki, bu da 2021-ci il ilin eyni dövrünün göstəricilərindən müvafiq olaraq 5 və 3.4 dəfə çoxdur.

Təkcə bu ilin oktyabrında ölkəyə 2,603.64 min dollarlıq 67 elektromobil idxal olunub ki, bu da sentyabr ayının göstəricisini dəyər ifadəsində 2.4 dəfə, say baxımından isə 33 ədəd üstələyir.

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?