10 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Ölkədaxili qeyri-nağd əməliyyatların həcmi 2,2 dəfə artıb

Ölkədaxili qeyri-nağd əməliyyatların həcmi 2,2 dəfə artıb

“Azərbaycanda bankların 84 faizinin mobil əlavəsi mövcuddur”. Bu fikirləri Mərkəzi Bankın sədri Taleh Kazımov Bakıda keçirilən "Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq" adlı VI Beynəlxalq Bankçılıq Forumunda açıqlayıb. Onun sözlərinə görə, bank sektorundakı müştərilərin cari hesabları üzrə aparılan ödənişlərin 77 faizi elektron bankçılıq vasitəsilə həyata keçirilir.

"İnternet bankçılıq üzrə son 10 ayda keçən ilin eyni dövrü ilə müqayisədə 55 faiz artım olub. İnternet bank vasitəsilə reallaşdırılan əməliyyatların sayında 3 dəfə, həcmində isə 2,1 dəfə artım olub”, - Taleh Kazımov əlavə edib. Bildirilib ki, ölkədaxili kart əməliyyatlarının qeyri-nağd dövriyyəsi 42 faiz artıb. Ümumiyyətlə, ölkədaxili qeyri-nağd əməliyyatların həcmi 2,2 dəfə artaraq 20 milyard manata çatıb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?