23 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Media nümayəndələri “ASK Tekstil” MMC-də olublar

Media nümayəndələri “ASK Tekstil” MMC-də olublar

“ASK Tekstil” MMC özəlləşdirilməyə çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təşkilatçılığı ilə noyabrın 23-də “ASK Tekstil” MMC-yə mediatur təşkil edilib. Tədbirin məqsədi media vasitəsilə sahibkarların müəssisə haqqında məlumatlandırması, potensial investorların özəlləşdirməyə cəlb edilməsidir.

İlk olaraq KİV nümayəndələri müəssisənin infrastrukturu ilə tanış olublar. Media təmsilçilərinə müəssisənin tarixi, istehsal sahələri, texnoloji avadanlıqları, özəlləşdirilmə perspektivi barədə məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2021-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin bir sıra müəssisə və obyektləri özəlləşdirməyə açılıb və bunlardan biri də “ASK Tekstil” MMC-dir. Sərəncamın icrası ilə əlaqədar Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəssisənin özəlləşdirməyə hazırlanması istiqamətində işlərə başlanılıb, mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti təhlil olunub, inventarlaşdırma işləri aparılıb, investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsi imkanları araşdırılıb.

Hazırda məsləhətçi şirkətin iştirakı ilə müəssisənin nizamnamə kapitalının, eləcə də bazar (investisiya) dəyərinin müəyyən olunması istiqamətində işlərə başlanılıb.

Dövlət Xidməti potensial investorları özəlləşdirmədə iştiraka dəvət edir.

İnvestorlar daha ətraflı məlumat əldə etmək üçün Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edə bilərlər.

Qeyd edək ki, müəssisənin özəlləşdirilməsinə investorların cəlb edilməsi məqsədilə Xidmət tərəfindən 30-dan artıq xarici şirkətə müraciət ünvanlanıb və müəssisə haqqında ətraflı məlumat verilib.

“ASK Tekstil” MMC-nin investisiya müsabiqəsinə çıxarılması barədə elan 30 gün əvvəlcədən Dövlət Xidmətinin rəsmi saytında (emlak.gov.az) və “Özəlləşdirmə portalı”nda (privatization.az) yerləşdiriləcək.

Məlumat üçün: Müəssisədə 2 növ iplik istehsal edilib. Quraşdırılmış avadanlıqlar Almaniya və İtaliya istehsalıdır. Avadanlıqların illik gücü 3500 ton iplik sap istehsalıdır. Trikotaj məhsullarının istehsalı sahəsində isə əsasən Türkiyədən gətirilən akril ipliklərdən və fabrikin istehsalı olan sonradan boyanmış pambıq ipliklərindən kişi, qadın və uşaqlar üçün müxtəlif növ trikotaj məhsulları istehsal edilib.

VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı?