22 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Ötən ay nar ixracı 7 dəfədən çox artıb

Ötən ay nar ixracı 7 dəfədən çox artıb

Bu ilin oktyabr ayında Azərbaycandan 7 810.4 min ABŞ dolları dəyərində 6 105.87 ton nar ixrac edilib. "vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, sentyabr ayı ilə müqayisədə dəyər ifadəsində 6 dəfə, həcm baxımından isə 7,3 dəfədən çoxdur.

Ümumilikdə cari ilin yanvar-oktyabr ayları ərzində ölkədən 11 538.41 min dollar dəyərində 8 478.81 ton nar ixrac olunub ki, bu da 2021-ci il ilin eyni dövrünün göstəricilərindən müvafiq olaraq 36,1 faiz və 35,6 faiz azdır.

Qeyd edək ki, cari ilin ilk 10 ayında narın ümumi ixracda xüsusi çəkisi 0,03 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,48 faizə bərabər olub.

VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı?