14 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Noyabrın 22-də keçirilən hərracda 33 avtomobil satılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən noyabrın 22-də keçirilən hərracda 33 nəqliyyat vasitəsi satılıb.

Hərracda Cənubi Koreya istehsalı olan avtomobillərə maraq böyük olub. Belə ki, lot üzrə hərraca çıxarılan 24 ədəd "Hyundai İX-35" markalı avtomobilin ilkin toplam satış qiyməti 160.750 manat olsa da, edilən ən son təklif 182.000 manata yüksəlib.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://clck.ru/32k9z2).

Məlumat üçün bildirir ki, bu ay üzrə növbəti hərraclar 29 və 30 noyabr tarixlərində keçiriləcək. Sadalanan tarixlərdə keçiriləcək hərraca ümumilikdə 4 səhmdar cəmiyyətinin səhm paketi, 11 kiçik dövlət müəssisəsi və 24 nəqliyyat vasitəsi çıxarılıb.

Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür.

VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı?