1 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Startap” şəhadətnaməsi hansı üstünlüklər yaradır?

Startap böyümə və inkişaf perspektivlərinə malik olan müxtəlif layihələrə və yeni
təşəbbüslərə verilən addır. İlk dəfə ingiliscə istifadə edilən “Startup” (başlamaq)
sözünün azərbaycanca lüğəti mənası daha çox, “biznesdə yeni təşəbbüs” kimi ifadə
olunur.

Qeyd edək ki, dünya təcrübəsində startapların dəstəklənməsində müxtəlif institutlar -
universitetlər, biznes məktəbləri, texnoparklar, qrant proqramları, fondlar, biznes
inkubatorları, akseleratorlar və s. iştirak edir. Bu cür qurumların birgə fəaliyyəti yeni
startapların formalaşması və inkişafına şərait yaradır. Azərbaycanda da startaplara
müxtəlif dəstək mexanizmləri tətbiq edilir. Ümumiyyətlə, kiçik və orta biznes subyektləri
(KOB), o cümlədən startaplar üçün biznes biliklərinin artırılması, daxili bazar
araşdırması, ticarət şəbəkələrinə çıxışa, sərgilərdə iştiraka dəstək, qrant
müsabiqələrinin keçirilməsi və s. buna misal göstərilə bilər.

Belə dəstək mexanizmlərindən biri isə “Startap” şəhadətnamələrinin verilməsidir.
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən
innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il
müddətinə azad edir. İndiydək İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi (KOBİA) tərəfindən 74 KOB subyektinə “Startap” şəhadətnaməsi
verilib. Hazırda da “Startap” şəhadətnaməsinin verilməsi prosesi davam edir. Belə ki,
layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap”
şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və
lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı
linkdən tanış olmaq olar:

https://bit.ly/3XpKyPs

Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu?