13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkar İdris İbrahimov: “Cənubi Qafqazda tibbi əlcək istehsal edən ilk müəssisə olacağıq”

Azərbaycanda sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, iş adamlarının investisiya layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsi imkanlarının artırılması ölkəmizdəki sağlam və şəffaf biznes mühitini getdikcə daha cəlbedici edir. Sahibkarlığın inkişafına dövlət dəstəyinin davamlılığının təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlıq subyektləri üçün dövlət maliyyə yardımı mexanizmi tətbiq edilir. İş adamları bunun sayəsində güzəştli kredit, avadanlıq krediti, faiz subsidiyası ala bilirlər. İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun (SİF) birbaşa dəstəyi ilə tətbiq edilən bu mexanizmlərin effektivliyinin, ünvanlığının və şəffaflığının artırılması, kreditlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində görülmüş işlər sahibkarların maliyyə resursları əldə etmək imkanlarını artırmaqla yanaşı, ölkəmizdə qeyri-neft-qaz sektorunun inkişafına, rəqabətqabiliyyətli məhsul istehsalının artırılmasına, yerli sənayenin genişləndirilməsinə, idxaldan asılılığın azalmasına və s. şərait yaradır.

Azərbaycanda SİF-in dəstəyi ilə öz biznesini genişləndirən sahibkarlardan biri də Göygöl rayonunda fəaliyyət göstərən “Xanni-2017” MMC-dir. 2017-ci ildə yaradılan müəssisə 2018-ci ilin may ayından fəaliyyətə başlayıb, hazırda, əsasən, iş əlcəkləri istehsal edir.

“Xanni-2017” MMC-nin təsisçisi və icraçı direktoru İdris İbrahimovun sözlərinə görə, Azərbaycanın ilk və yeganə əlcək istehsalçısı olan bu şirkət istehsal gücünü SİF-dən iki dəfə aldığı kredit hesabına genişləndirib. Birinci kredit hesabına şirkət iş əlcəklərinin istehsalını genişləndirə, əlcək istehsalında istifadə edilən spesifik sapların rənglənməsini həyata keçirə bilib. “Xanni-2017” SİF-ə ikinci dəfə tibbi əlcəklərin istehsalına başlamaq məqsədilə müraciət edib: “SİF hər iki layihəmizi müsbət dəyərləndirərək bizə lazım olan maliyyə vəsaitini ayırdı. Yaxın bir ay ərzində ikinci istehsal sahəsi yaradaraq tibbi əlcəklərin də istehsalına başlamağı nəzərdə tuturuq. Dəyəri 5 milyon manatdan çox olan ikinci layihəmiz üzrə SİF bizə 60 ay ərzində ödəmək şərtilə 2 milyon manat kredit ayırıb. Bu kreditin güzəşt müddəti 24 aydır. Layihə 50 nəfəri işlə təmin edəcək”.

Sahibkar deyir ki, İqtisadiyyat Nazirliyinin dəstəyi, eləcə də SİF-dən aldığı güzəştli kredit sayəsində “Xanni-2017” təkcə Azərbaycanda deyil, Cənubi Qafqazda tibbi əlcək istehsal edən ilk müəssisə olacaq.

SİF-dən alınan maliyyə vəsaiti hesabına müəssisənin ixrac imkanları da getdikcə genişlənir. “Xanni-2017” hazırda daxili bazarın tələbatını ödəməklə yanaşı, xarici bazara – Gürcüstana, Qazaxıstana da əlcək ixrac edir.

“Müəssisə şəffaf şəkildə fəaliyyət göstərirsə, kreditin alınması üçün heç bir problem ortaya çıxmır”

İ.İbrahimov krediti tam şəffaf prosedur nəticəsində əldə etdiyini vurğulayır: “Cəmiyyətdə güzəştli kreditin alınmasının mümkünsüzlüyü barədə müxtəlif fikirlər səslənirdi, ancaq biz bunun əksini gördük. Kreditin alınması üçün müraciət etdikdən sonra bizimlə görüş keçirildi. Maliyyə vəsaitini müəyyən edilmiş qaydalara uyğun, tam rahat şəkildə əldə etdik. Qoyulan tələblərin hamısı reallaşdırılması mümkün olan tələblər idi. Əgər müəssisə şəffaf şəkildə fəaliyyət göstərirsə, fəaliyyətini qanunvericiliyə uyğun, düzgün istiqamətə yönəldibsə, kreditin alınması üçün heç bir problem ortaya çıxmır”.
İqtisadiyyat Nazirliyinin sahibkarlara göstərdiyi dəstəyi yüksək qiymətləndirən İ.İbrahimov bildirir ki, bir sahibkar olaraq, yalnız SİF-dən deyil, onun ayrı-ayrı strukturlarından da daim dəstək alıb. Onun sözlərinə görə, Kiçik və Orta Biznesin Dostu (KOB Dostu) onlara hər bir problemlərinin həllində təmənnasız yardım edir. İqtisadiyyat Nazirliyinin verdiyi investisiya təşviqi sənədi isə onların bir sıra vergi və gömrük güzəştlərindən istifadə etməsinə imkan yaradır. İ.İbrahimov təşviqedici sənədi almaq üçün iki dəfə İqtisadiyyat Nazirliyinə müraciət etdiklərini, hər ikisində də müsbət cavab aldığını söyləyir.
Bu sənədi alan sahibkarın gəlirinin 50 faizi gəlir vergisindən, mənfəətinin 50 faizi mənfəət vergisindən 7 il müddətinə azad edilir. Müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı 7 il müddətinə ƏDV tutulmur. Sahibkarlar müvafiq əmlaka, mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə 7 il müddətinə əmlak vergisini ödəməkdən azad edilir.

İlhamə İSABALAYEVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?