12 İyul 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Tahir Rzayev: “Dövlət Proqramı qarşıya qoyulan mühüm vəzifələrin həyata keçirilməsinin aydın istiqamətlərini göstərir”

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamında göstərilir ki, işğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub.

Millət vəkili Tahir Rzayev fikirlərini “vergiler.az”la bölüşərək Dövlət Proqramının çox geniş əhatəli bir sənəd olduğunu qeyd edib: “Proqram öz əhəmiyyətinə və faydalılığına görə qarşıya mühüm vəzifələr qoyur və həmin vəzifələrin həyata keçirilməsinin aydın istiqamətlərini göstərir. İşğaldan azad olunmuş ərazilərin tez bir zamanda bərpası, orada tikinti, quruculuq işlərinin başa çatdırılması illərlə ata-baba yurdlarına qayıtmaq istəyən insanların birinci arzusudur, ən böyük istəyidir. Ölkə rəhbəri bunu bilir və ona görə də müharibə qurtardıqdan sonra həmin ərazilərin bərpasına, orada mühüm layihələrin həyata keçirilməsinə start verilib. Az müddətdə Füzulidə və Zəngilanda beynəlxalq hava limanları tikilib istifadəyə verildi. Artıq Zəngilanın Ağalı kəndinə çoxlu sayda insanlarımız qayıdıb, orada yaxşı infrastruktur layihələri həyata keçirilib və insanların yaşayışı üçün imkanlar yaradılıb”.

T.Rzayev digər rayonlarda da müasir yolların çəkildiyini, tunellərin qazıldığını, elektrik stansiyaları tikildiyini qeyd edib. Şuşada çox böyük quruculuq işləri aparılır, Ağdamda, Füzulidə yeni xəstəxanaların, məktəb binalarının tikilməsi nəzərdə tutulur: “Ümumiyyətlə, görülən işlər möhtəşəmdir. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı da bir daha qayıdışın təmin olunması üçün perspektiv layihələri özündə ehtiva edir. Ata-baba yurdlarından zorla çıxarılan insanların həmin yerlərə tez bir zamanda qaytarılmasını və orada məskunlaşmasını qarşıya bir vəzifə kimi qoyur. Dövlət Proqramında aydın görünür ki, həmin ərazilərdə tenderlərin keçirilməsi və xarici ölkələrin şirkətlərinin də tenderlərdə iştirakı, sərmayalərin qoyulması vacibdir. Ərazilərin bərpası və yenidən qurulması üçün mövcud vəziyyət proqramda geniş təhlil olunur. Dövlət Proqramının məqsədləri, hədəfləri aydındır.

Əsas məqsəd əhalinin dayanıqlı məskunlaşmasını təmin etmək, ərazilərdə iqtisadi fəaliyyətlə əlaqədar məsələləri həll etməkdir. Bu, çox vacibdir. Əgər əhali həmin ərazilərə köçürüləcəksə, birinci növbədə onların yaşayışı üçün şərait yaradılmalı, orada infrastruktur layihələri həyata keçirilməlidir. İnsanların təhlükəsizliyi üçün tədbirlərin görülməsi də böyük əhəmiyyət kəsb edir. Məskunlaşma planlı şəkildə həyata keçiriləcək. Dövlət Proqramının mahiyyətində həm də insanların həyat şəraitinin yaxşılaşdırılması, onların məskunlaşmasından sonra işlə təmin olunması durur”.

VergiƏvəzləşdirilməyən ƏDV məbləği gəlirdən çıxıla bilərmi? Vergiİdxal ediləcək mallar barədə məlumat forması vergi orqanına təqdim olunmalıdırmı? VergiDublyaj fəaliyyətindən əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi orqanı obyektin girişində uçotla bağlı məlumatın olmamasına görə sahibkarı cərimə edə bilərmi? VergiXarici ölkə vətəndaşının məcburi dövlət sosial sığorta haqlarına cəlb edilməsi VergiKənd təsərrüfatı məhsullarına görə ödənilən ƏDV məbləğləri necə hesablanır? Vergiİşçinin vəfatı ilə əlaqədar ödənilən müavinətdən vergi tutulurmu? VergiSənaye məhəlləsinin rezidentlərinə hansı vergi güzəştləri tətbiq olunur? VergiZərgərlik məmulatlarının nağd satışına görə cərimə nə qədərdir? VergiKarqo şirkətləri üçün tələblərdə hansı dəyişiklik edilib?