13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Rüfət Quliyev: “İşsizlik problemini həll edən aparıcı qüvvə mikro, kiçik və orta sahibkarlıq subyektləridir”

Millət vəkili Rüfət Quliyev Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” ilə bağlı “vergiler.az”a açıqlama verib.

Deputat Dövlət Proqramının bölgədə iqtisadi inkişafa nail olunmasında mühüm rol oynayacağını vurğulayıb: “Bu gün işğaldan azad olunmuş ərazilərin bərpasında əsas investor dövlət özüdür. Tikinti-yenidənqurma işlərinə milyardlarla vəsait ayrılır, böyük infrastruktur layihələri həyata keçirilir. Bölgədə böyük tunellər qazılır, beynəlxalq standartlara uyğun yollar çəkilir. Bunlar hamısı dövlət investisiyaları hesabına həyata keçirilir. Dövlətin siyasəti ondan ibarətdir ki, iqtisadiyyatın dirçəldilməsi üçün bütün şərait yaradılmalıdır. Bu, qayıdış üçün, həmin ərazilərdə iqtisadi inkişafı başlamaq üçün birinci mərhələdir”.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda sahibkarlıq fəaliyyəti üçün əlverişli mexanizmlərin yaradılması və məşğulluğu artıran sahibkarlıq fəaliyyətlərinin təşkil edilməsi önə çəkilib. R.Quliyev hər iki amilin hazırda dövlətin diqqət mərkəzində olduğunu vurğulayıb: “Dövlətin əsas marağı budur ki, orada sahibkarlıq fəaliyyəti inkişaf etdirilsin. Bu fəaliyyət istiqamətlərinin xüsusilə fərqləndirilməsi onu göstərir ki, işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq mühitini yaratmaq, daha münbit etmək, özəl şirkətlərin fəaliyyət istiqamətlərini genişləndirmək prioritet seçilib. Bu bizə həm iqtisadi tərəfdən, həm də sosial yöndən çox vacibdir. Çünki işsizlik problemini həll edən aparıcı qüvvə mikro, kiçik və orta sahibkarlıq subyektləridir. Onların fəaliyyəti nəticəsində insanların çoxu işlə təmin olunur. Bu, aparıcı Qərb ölkələrində də belədir. Həmin model dövlətin dəstəyi ilə işğaldan azad edilmiş rayonlarda həyata keçirilir”.

R.Quliyev həyata keçirilən məqsədyönlü layihələrin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyin təmin olunmasına xidmət etdiyini, bu baxımdan, Böyük Qayıdışla bağlı I Dövlət Proqramının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?