28 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əlilliyi olan işçilərə əmək məzuniyyətinin verilməsi

Əlilliyi olan şəxslərə işlədikləri müəssisədə əmək məzuniyyəti istəklərinə uyğun olaraq, onlar üçün əlverişli vaxtda verilə bilər. Əmək Məcəlləsinə əsasən, əmək məzuniyyətinin verilməsində növbəlillik prinsipi həmin kateqoriyadan olan şəxslərə şamil edilmir. Bu hüquq 14 yaşınadək iki və daha çox və ya sağlamlıq imkanları məhdud uşağı olan qadınlara, 16 yaşınadək uşaqları təkbaşına böyüdən valideynə və ya qəyyuma, müharibə veteranlarına, yaşı 18-dən aşağı olan işçilərə və bu Məcəllədə nəzərdə tutulmuş digər kateqoriyalar üzrə şəxslərə də şamil edilir.

İşçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən 6 ay müddətində əmələ gəlir. Bu müddətdən sonra ona birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda veriliə bilər. Lakin bir sıra kateqoriyalar üzrə işçilərlə yanaşı, əlilliyi olan işçilərin əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işlədiyi birinci ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ vardır.

Qanunvericiliyə əsasən, əlilliyin qrupundan, səbəbindən və müddətindən asılı olmayaraq, işləyən əlillərə və sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə minimum 42 gün əmək məzuniyyəti verilir.

VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu?