2 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bu il Azərbaycan iqtisadiyyatı davamlı iqtisadi artım nümayiş etdirib

2022-ci ildə Azərbaycan iqtisadiyyatı davamlı iqtisadi artım nümayiş etdirib. Belə ki, bu ilin 9 ayı ərzində ölkədə ÜDM 5,6 faiz artaraq 98 milyard manatı, qeyri-neft, qaz ÜDM-i 10,1 faiz artaraq 50 milyard manatı keçib, eyni zamanda, kənd təsərrüfatı məhsulu istehsalı 3 faiz artaraq 9 milyard manata yaxınlaşıb.

Bu sözləri parlamentin noyabrın 16-da keçirilən plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsini təqdim edərkən deyib.

O bildirib ki, bu dövrdə ümumi ixrac idxalı 19 milyard dolları üstələyib, qeyri-neft ixracı faktiki qiymətləri 19 faiz, qaz ixracı 11 faiz, əhalinin nominal gəlirləri 20,2 faiz, orta aylıq əməkhaqqı isə 14,3 faiz artıb. Cari ilin 8 ayı ərzində strateji valyuta ehtiyatlarımız 5,1 faiz artaraq 56 milyard dollara yaxınlaşıb.

AZƏRTAC

VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi?