14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Gömrük xətti ilə büdcə daxilolmaları 30%-dən çox artıb

Bu ilin yanvar-oktyabr ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 4 646 740.5 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,5% çoxdur.

"vergiler.az"ın Komitənin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 16,7% artaraq 1 137 281.6 min manat təşkil edib.

ƏDV üzrə daxilolmalar isə 37,4% artaraq 3 322 905.1 min manata bərabər olub. Aksizlər üzrə cari ilin ilk 10 ayında daxilolmalar 1,2% artaraq 133 948.7 min manat təşkil edib.

Yol vergisi üzrə daxilolmaların həcmi 52 604.7 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 47,2% çoxdur.

Bu ilin oktyabr ayında Komitənin xətti ilə dövlət büdcəsinə 419 291.5 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2021-ci ilin eyni ayı ilə müqayisədə 14,2% çox, bu ilin sentyabr ayı ilə müqayisədə isə 8,9% azdır.

Bu ilin oktyabr ayı ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin eyni ayı ilə müqayisədə 8,3% artaraq 112 897.6 min manat olub. Bu ilin sentyabr ayı ilə müqayisədə isə bu göstərici 4,8% azalıb.

Bununla yanaşı, cari ilin oktyabr ayı ərzində ƏDV üzrə daxilolmalar ötən ilin eyni ayı ilə müqayisədə 16,6% artaraq 288 160.7 min manat (bu ilin sentyabr ayı ilə müqayisədə 10,5% az), aksizlər üzrə 8,4% artaraq 12 744.3 min manat (sentyabr ilə müqayisədə 14,3% az), yol vergisi üzrə daxilolmalar isə 36,6% artaraq 5 488.8 min manat (sentyabr ilə müqayisədə 9,2% çox) təşkil edib.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?