17 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Türk Dövlətlərinin Bank Assosiasiyaları Şurası yaradılıb

Türkiyə Banklar Birliyinin (TBB) ev sahibliyi ilə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin bank birlikləri arasında Türk Dövlətləri Bank Assosiasiyaları Şurası yaradılıb. Tərəfdaşlıq çərçivəsində rəqəmsal bankçılığın inkişafı, iqlim və ekoloji risklərlə mübarizə, ödəniş ekosistemlərinin yayılması istiqamətlərində əməkdaşlıq etmək hədəflənir.

Şuranın fəaliyyəti üzv dövlətlərin hüquqi normativlərinə, beynəlxalq konvensiya və nizamnamələrə uyğun həyata keçiriləcək. Şura bank birlikləri arasında əməkdaşlığın inkişaf etdirilməsi, bankirlərin və iş adamlarının tələblərinin düzgün qiymətləndirilməsi, bank sektorunun inkişafı, real sektor və milli iqtisadiyyat üçün müsbət nəticələr əldə edilməsi, problemlərin müzakirəsi və təcrübə mübadiləsinin aparılması məqsədilə fəaliyyət göstərəcək.

Açılış mərasimində TBB-nin İdarə Heyətinin sədri Alpaslan Çakar, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Qazaxıstan Respublikası Banklar Assosiasiyasının sədr müavini Marat Baitokov, Qırğızıstan Banklar Assosiasiyasından Ənvər Abdraev, Özbəkistan Banklar Assosiasiyasının xarici əlaqələr direktoru Tahir Babamuradov və Türkiyə İştirak Bankları Assosiasiyasının İdarə Heyətinin sədri Osman Çelik iştirak ediblər.

Bundan əlavə, Gürcüstan Banklar Assosiasiyasının İdarə Heyətinin sədri Aleksandr Dzneladze, Şimali Kipr Banklar Assosiasiyasının İdarə Heyətinin sədri Olgun Önal və Macarıstan Banklar Assosiasiyasının baş katibi Levente Kovacs da tədbirdə müşahidəçi qismində iştirak ediblər.

Türk dünyasının tarixi və mədəni birikimindən iqtisadi və bank sektoru əlaqələrini inkişaf etdirmək istədiklərini vurğulayan TBB sədri Alpaslan Çakar deyib: “Biz türk dövlətləri birlikləri olaraq çoxtərəfli əməkdaşlığın inkişafına töhfə verəcəyimizə dair sözümüzü bir daha a öz imzalarımızla sənədləşdiririk. Bu gün aramızda ola bilməyən Türkmənistanın qısa zamanda daimi üzv kimi bizə qoşulmasını gözləyirik. Bundan əlavə, bu gün qonaq olan Gürcüstan, Şimali Kipr və Macarıstanın da bizimlə birlikdə olacağına inanırıq”.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri